Bakı. 24 sentyabr. REPORT.AZ/ “Dayanıqlı qida zəncirinin yaradılması ilə bağlı təcrübəni Azərbaycana ötürürük. Dayanıqlı inkişafla bağlı ölkədə həyata keçirdiyimiz işlər bundan sonra da davam edəcək”.
“Report” xəbər verir ki, bunu Azərbaycan Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının (DİMƏŞ) və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə təşəbbüsü ilə keçirilən milli seminarda FAO-nun Azərbaycan nümayəndəliyinin rəhbəri Mələk Çakmak bildirib.
“Azərbaycanla əməkdaşlığımızı yüksək qiymətləndiririk. FAO ilə Azərbaycan arasında 2016-2020-ci illəri əhatə edən əməkdaşlıq sənədi imzalanıb. Sənədə əsasən yeni layihələrin icrasına başlanılacaq. Azərbaycan hökumətinin dayanıqlı inkişaf istiqamətində həyata keçirdiyi işləri bundan sonra görəcəyimiz işlərə zəmanət kimi görürük”, - o qeyd edib.