Ekspert: “Qida məhsullarının atılması təcrübəsini dəyişməliyik”

Ekspert: “Qida məhsullarının atılması təcrübəsini dəyişməliyik” “Afrika ölkələrində ərzaq məhsulları tədarük ediləndən sonra saxlama yeri olmadığı üçün məhsulların 35%-i itkiyə gedir. ABŞ və digər inkişaf etmiş ölkələrdə isə qidalar israf edilir. İnsanlar qida məhsulunu dükandan aldıqda onun istifadə tarixi keçibsə, a
ASK
5 Noyabr , 2021 16:04
Ekspert: “Qida məhsullarının atılması təcrübəsini dəyişməliyik”

“Afrika ölkələrində ərzaq məhsulları tədarük ediləndən sonra saxlama yeri olmadığı üçün məhsulların 35%-i itkiyə gedir. ABŞ və digər inkişaf etmiş ölkələrdə isə qidalar israf edilir. İnsanlar qida məhsulunu dükandan aldıqda onun istifadə tarixi keçibsə, atırlar”.

Report" xəbər verir ki, bunu Dünya Bankının sabiq vitse-prezidenti İsmayıl Seragəldin VIII Qlobal Bakı Forumunda deyib.

“Dünyadakı tullantılar əsasən qida məhsullarıdır. Biz onları əvəzləmədən atırıq. Bu təcrübəni dəyişməliyik. Əhali ilə ünsiyyət yaratmalı, bu mövzuda debatlar təşkil etməliyik”, - deyə o qeyd edib.

"Hamı bilir ki, koronavirus (COVID-19) pandemiyasının öhdəsindən gəlmək üçün bəzi qlobal çatışmazlıqlarımız var. Ümid edirəm ki, onları aradan qaldıracağıq.  Biz daha ehtiyatlı olmalı, bir-birimizə dəstək verməliyik. İlk olaraq koronavirusun qarşısını almağa çalışmalı, qapanma tədbirlərindən əvvəl iqtisadi vəziyyəti nəzərə almalıyıq", - deyə İ.Serageldin əlavə edib. 

Son xəbərlər

Orphus sistemi