Yuxarı

Əhməd Əhmədzadə: "Kiçik pay torpaq sahibləri birgə təsərrüfat yaratmalıdır"

O, həmçinin əlavə suvarılan torpaqların əkinçilik dövriyyəsinə daxil olunmasını təklif edib

Bakı. 4 iyun. REPORT.AZ "Azərbaycanda kiçik pay torpaqlarına sahib olan şəxslər məhsuldarlığın artırılması və məhsulun yetişdirilməsi zamanı üzləşdikləri problemlərin öhdəsindən gəlmələri üçün birgə təsərrüfat yaratmalıdırlar". 

"Report"un məlumatına görə, bunu "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədri Əhməd Əhmədzadə jurnalistlərə açıqlamasında deyib. 

Onun sözlərinə görə, rayonlarda kənd sakinləri müxtəlif həcmdə 3-5 hektar pay torpaqlarına malikdirlər: "Kimi pambıq, kimi isə tərəvəz əkir, lakin hər biri onun yetişdirilməsində əziyyət çəkir. Ona görə də kəndlilər birləşməli və becərmə zamanı problem yaranmaması üçün eyni məhsulu yetişdirməlidirlər". 

Ə.Əhmədzadə məsələnin digər həlli üsulu kimi isə əlavə suvarılan torpaqların əkinçilik dövriyyəsinə daxil olunmasını təklif edib: "Bu torpaqların hesabına yeni texnologiyaya əsaslanmış təsərrüfatlar yarada bilərik. Hazırda bu proses həyata keçirilir. Məsələn, İmişli, Saatlı, Ağcabədidə belə təsərrüfatlar mövcuddur".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi