Əfqan Cəlilov: "Azərpoçt"a bütün İT infrastrukturunu yeniləmək üçün 1 il tələb olunur"

Əfqan Cəlilov: "Azərpoçt"a bütün İT infrastrukturunu yeniləmək üçün 1 il tələb olunur" Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Azərpoçt" MMC hazırda bütün İT infrastrukturunu yeniləyir və bu prosesin başa çatması üçün təxminən 1 il tələb olunur.
ASK
25 İyul , 2023 11:34
Əfqan Cəlilov: Azərpoçta bütün İT infrastrukturunu yeniləmək üçün 1 il tələb olunur
Əfqan Cəlilov

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Azərpoçt" MMC hazırda bütün İT infrastrukturunu yeniləyir və bu prosesin başa çatması üçün təxminən 1 il tələb olunur.

“Report” xəbər verir ki, bunu bu gün keçirdiyi brifinqdə şirkətin İdarə Heyətinin sədri Əfqan Cəlilov bildirib.

"Bu gün “Azərpoçt”da istifadə edilən proqram təminatı 15 il bundan öncə alınıb və bu müddət ərzində bir dəfə də olsun yenilənməyib. İnfrastrukturu yeniləmək üçün müəyyən vaxt tələb olunur və hazırda əməkdaşların peşəkarlıq səviyyəsinin artırılması üçün işlər aparılır.

Bizim bəzi əməkdaşlar var ki, onlar innovativ yeniliklərin onlara aid olmadığını düşünürlər. Amma onlar qəbul etməlidir ki, bu yeniliyi qəbul etmək və fəaliyyəti davam etdirmək lazımdır", - Ə. Cəlilov qeyd edib.

Onun sözlərinə görə, "Azərpoçt"un təxminən 4 000 əməkdaşı var:

"Kütləvi olaraq onların əməkhaqqını artırmaqla qurumu zərərə sürükləyə bilmərik. Bu səbəbdən də biz ötən ildən bonus sisteminə keçmişik. Yəni əməkdaş maraqlı olmalıdır ki, müştəriyə vaxtında və düzgün xidmət göstərsin. Nəticədə isə bonuslar əldə edir”.

Son xəbərlər

Orphus sistemi