Yuxarı
    Bağlamaq

    EBRD Azərbaycanın kənd təsərrüfatına əlavə vəsait ayırmaq niyyətindədir

    Nil Makkeyn: Biz istəyirik ki, bu sahənin inkişafına birbaşa yardım ayıraq

    Bakı. 26 noyabr. REPORT.AZ/ Azərbaycanda neft sektoru inkişaf etdikcə kənd təsərrüfatının payı iqtisadiyyatda azalsa da, son illər qeyri-neft sektorunun inkişafı ilə əlaqədar olaraq aqrar sektorda inkişaf müşahidə olunur. "Report" xəbər verir ki, bunu Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Nil Makkeyn (Neil McCain) deyib.

    N.Makkeynin sözlərinə görə, EBRD bu vaxta qədər kənd təsərrüfatına tərəfdaş banklar vasitəsilə yardım edib: "Yaxşı bir haldır ki, hazırda kənd təsərrüfatının iqtisadiyyatda payı 13%-dən 15%-ə yüksəlib. Biz istəyirik ki, bu sahənin inkişafına birbaşa yardım ayıraq. Bu vaxta qədər təxminən 11 layihəni birbaşa maliyyələşdirmişik və onların ümumi dəyəri 40 mln. avrodur".

    N.Makkeyn həmçinin kənd təsərrüfatına texniki yardım çərçivəsində EBRD-nin gələcəkdə hər müştəriyə 300 min avro məbləğində yardım ayıra biləcəyini açıqlayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi