Dövlət Xidməti: Rusiya tərəfinin iddia etdiyi kimi, Azərbaycan məhsullarında zərərli orqanizmlər aşkar edilməyib

Dövlət Xidməti: Rusiya tərəfinin iddia etdiyi kimi, Azərbaycan məhsullarında zərərli orqanizmlər aşkar edilməyib Dövlət Fitosanitar Nəzarət Xidməti Dağıstan keçid-buraxılış məntəqəsindən geri qaytarılan yerli məhsullarla bağlı açıqlama verib
ASK
19 Noyabr , 2015 14:13
Dövlət Xidməti: Rusiya tərəfinin iddia etdiyi kimi, Azərbaycan məhsullarında zərərli orqanizmlər aşkar edilməyib

Bakı. 19 noyabr. REPORT.AZ/ Azərbaycandan ixrac olunan yüklərə ətraflı fitosanitar karantin baxışı ilk yüklənmə yerində həyata keçirilir. Baxışdan sonra isə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarət Xidmətinin yerli qurumları tərəfindən yükə fitosanitar sertifikat verilir.

Dövlət Fitosanitar Nəzarət Xidmətinin Mətbuat Katibliyindən verilən məlumata görə, bunu Dövlət Xidmətinin rəisi Camal Quliyev "Report"un sorğusuna cavab olaraq bildirib.

Qeyd edək ki, Rusiya mətbuatının yazdığına görə, ötən gün Rusiya Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin Dağıstan İdarəsinin yaydığı məlumatda Azərbaycandan ixrac edilən 10,8 ton xırnik və 5,8 ton nar məhsulunu daşıyan nəqliyyat vasitəsinin süprüntüsündə (yük yerindən toplanan məhsul qırıntıları) Rusiya və Azərbaycan ərazisində məhdud dairədə yayılmış karantin zərərli orqanizmlərdən - şərq meyvəyeyəni və qızılı sarmaşıq aşkar edildiyinə görə geri qaytarıldığı göstərilib. Mal sahibinə qarşı isə inzibati tədbirlər görüldüyü bildirilir.

"Xidmətin müfəttişləri Dövlət Gömrük Komitəsinin müfəttişləri ilə birlikdə həmin yükə baxış keçirib və yükdə qeyd edilən zərərli orqanizmlər aşkar edilməyib. Rusiya tərəfinin iddia etdiyi kimi, nəqliyyat vasitəsinin süprüntüsündə də həmin orqanizmlər aşkar edilməyib. Eyni zamanda, qeyd edilən karantin növləri ümumiyyətlə, bu məhsullara aid olmadığından, yük sahibi inzibati məsuliyyətə cəlb olunmayıb. Həmin yükün göstəriciləri standartların tələblərinə uyğun olduğu üçün daxili bazarda satılmasında heç bir məhdudiyyət qoyulmayıb", - deyə C.Quliyev qeyd edib.

Son xəbərlər

Orphus sistemi