Dövlət Baytarlıq Nəzarəti Xidməti yeni tenderlər elan edib

Dövlət Baytarlıq Nəzarəti Xidməti yeni tenderlər elan edib Satınalmalar ümumilikdə 4 lot üzrə aparılacaq
ASK
14 Aprel , 2017 09:52
Dövlət Baytarlıq Nəzarəti Xidməti yeni tenderlər elan edib

Bakı. 14 aprel. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) 2017-ci ildə laboratoriya avadanlıqları, ləvazimatların satın alınması və quraşdırılması məqsədilə açıq tender elan edib.

"Report"un dövrü mətbuata istinadən verdiyi məlumata görə, tender bir lot üzrə keçirilir və iştirak haqqı 400 manatdır.

Tender iştirakçıları öz tender təkliflərini 25 may saat 17:00-a kimi təqdim etməlidirlər. Zərflərin 26 may saat 17:00-da açılması planlaşdırılır.

Bundan başqa, DBNX 2017-ci ildə epizootiya əleyhinə tədbirlərin aparılması üçün bioloji preparatlar, dezinseksiya, dezinfeksiya, müalicə-profilaktika dərmanları, diaqnostikumlar, reaktivlər və ləvazimatların alınması məqsədilə də tender keçirir.

Tender üç lot üzrə keçirilir və iri və xırda buynuzlu heyvanların dabaq xəstəliyi əleyhinə peyvənd vasitəsinin alınması, bioloji preparatlar, diaqnostikumlar və reaktivlərin alınması, dezinseksiya, dezinfeksiya, müalicə-profilaktika dərmanları və ləvazimatların alınmasını nəzərdə tutur.

Tenderdə iştirak etmək istəyənlər DBNX hesabına I lot üçün 2 600 manat, II lot üçün 1 500 manat, III lot üçün isə 600 manat iştirak haqqı ödəməlidirlər. Tender təklifləri 12 may saat 17:00-a kimi təqdim edilməlidir. Zərflər 15 may saat 16:00-da açılacaq.

Son xəbərlər

Orphus sistemi