Yuxarı

Dövlət Baytarlıq Nəzarəti Xidməti tender keçirir

Müsabiqə sahə baytarlıq məntəqələri üçün avadanlıq və ləvazimatların alınması üçün təşkil olunub

Bakı. 2 avqust. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti açıq tender elan edib.  

"Report"un "Xalq qəzeti"nə istinadən verdiyi xəbərə görə, tender bir lot üzrə keçirilir və rayon baytarlıq idarələrinin sahə baytarlıq məntəqələri üçün baytarlıq avadanlığının və ləvazimatların satın alınmasını nəzərdə tutur.

Tenderdə iştirak haqqı 150 manat təşkil edir.

Müsabiqə proseduru 15 sentyabr saat 15:00-da iddiaçıların və onların səlahiyyətli nümayəndələrinin iştirakı ilə Dövlət Baytarlıq Nəzarəti Xidmətində keçiriləcək (Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr, məhəllə 3123).

Avadanlığın və ləvazimatların satın alınması büdcə və büdcədənkənar vəsaitlər hesabına maliyyələşdirilir. Tələb olunan mallar tenderin qalibi olmuş iddiaçı tərəfindən yerlərə çatdırılmaqla 2016-cı il dekabrın 30-dək təhvil verilməlidir. 

Tender iştirakçıları zəruri sənədləri 14 sentyabr saat 17:00-dək Tender Komissiyasına təqdim etməlidir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi