Daha üç ölkədən Azərbaycana günəbaxan toxumu tədarükünə başlanılıb
- 25 noyabr, 2022
- 05:40
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana xaricdən 4,423 milyon ABŞ dolları dəyərində 2 min 531 ton günəbaxan toxumu gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 20 %, kəmiyyət olaraq – 51,3 % azdır.
Hesabat dövründə Çindən 2,752 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 23,4 % çoxdur) 1 min 495 ton (+19,3 %), Türkiyədən 1,457 milyon ABŞ dolları dəyərində (+14 %) 864,73 ton (+30 %), Özbəkistandan 64,8 min ABŞ dolları dəyərində 40,5 ton (10 il 5 aydan sonra tədarük bərpa edilib), Ukraynadan 56,1 min ABŞ dolları dəyərində (-25,5 %) 66 ton (-5,7 %), Rusiyadan 45,7 min ABŞ dolları dəyərində (-97,4 %) 41,1 ton (-98,5 %) məhsul alınıb.
Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Argentinadan, Boliviyadan və Yunanıstandan tədarük həyata keçirilib. Həmin ölkələrdən müvafiq olaraq 3,6 min ABŞ dolları dəyərində 2 ton, 0,03 min ABŞ dolları dəyərində 0,01 ton və 0,64 min ABŞ dolları dəyərində 0,07 ton toxum idxal edilib.