Daha iki ölkə Azərbaycandan qarpız tədarük etməyə başlayıb
- 23 sentyabr, 2022
- 11:45
2022-ci ilin yanvar-iyul aylarında Azərbaycan 5,94 milyon ABŞ dolları dəyərində 11 min 798 ton qarpız ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 21 % çoxdur, kəmiyyət olaraq – 0,7 % azdır.
Rusiyaya 5,489 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 33 % çoxdur) 9 min 979 ton (+44 %), Ukraynaya 234,81 min ABŞ dolları dəyərində (-64 %) 937,54 ton (-77,1 %), Belarusa 125,2 min ABŞ dolları dəyərində (+35 %) 494,37 ton (-20 %), Sloveniyaya 36,37 min ABŞ dolları dəyərində 145,49 ton, Estoniyaya 33,56 min ABŞ dolları dəyərində (+95 %) 144,53 ton (-0,7 %), Gürcüstana 14,98 min ABŞ dolları dəyərində 74,9 ton və Litvaya 5,5 min ABŞ dolları dəyərində 22 ton məhsul satılıb.
Bir il 10 aylıq fasilənin ardından Gürcüstana ixrac bərpa edilib. Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Sloveniya və Litvaya tədarük həyata keçirilib.
Hesabat dövründə Azərbaycana xaricdən 599,1 min ABŞ dolları dəyərində 912,53 ton qarpız gətirilib ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 19,3 % və 15 % çoxdur.
İrandan 554 min ABŞ dolları dəyərində (+11,7 %) 852,32 ton (+8,3 %), Türkiyədən 36,24 min ABŞ dolları dəyərində (+171 dəfə) 51,35 ton (+111 dəfə), Braziliyadan 4,67 min ABŞ dolları dəyərində (2,2 dəfə) 4,74 ton (91,1 %) və Kosta-Rikadan 4,13 min ABŞ dolları dəyərində (+11,6 %) 4,13 ton (-5 %) məhsul alınıb.