Daha bir ölkədən Azərbaycana krevet tədarükünə başlanılıb

ASK
  • 06 dekabr, 2022
  • 13:25
Daha bir ölkədən Azərbaycana krevet tədarükünə başlanılıb

Bu ilin ilk 9 ayında Azərbaycana xaricdən 2,1 milyon ABŞ dolları dəyərində 283 ton dəniz kreveti gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 2,1 dəfə, kəmiyyət olaraq – 97 % çoxdur.

Hesabat dövründə Çindən 1,038 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 3 dəfə çoxdur) 151,92 ton (+2,9 dəfə), Hindistandan 520,2 min ABŞ dolları dəyərində (+55 %) 66 ton (+38 %), Vyetnamdan 124,29 min ABŞ dolları dəyərində (+3,2 dəfə) 11,39 ton (+3,4 dəfə), Rusiyadan 113,34 min ABŞ dolları dəyərində (+2,8 dəfə) 16,54 ton (+2,1 dəfə), Lüksemburqdan 75,12 min ABŞ dolları dəyərində (+25 %) 4,36 ton (+4,3 %) məhsul alınıb.

Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Səudiyyə Ərəbistanından tədarük həyata keçirilib. Həmin ölkədən 6,16 min ABŞ dolları dəyərində 0,73 ton krevet idxal edilib.