Dağıstan prezidenti: "Kənd təsərrüfatı sahəsində Azərbaycanla əməkdaşlığı inkişaf etdirə bilərik"

Dağıstan prezidenti: "Kənd təsərrüfatı sahəsində Azərbaycanla əməkdaşlığı inkişaf etdirə bilərik" "Bizim Həştərxandan Mahaçqalaya və oradan Bakıya gedəcək turistik gəmimiz yoxdur"
ASK
1 Noyabr , 2016 15:19
Dağıstan prezidenti: Kənd təsərrüfatı sahəsində Azərbaycanla əməkdaşlığı inkişaf etdirə bilərik

Bakı. 1 noyabr. REPORT.AZ/ "Nəqliyyat-logistika mərkəzlərinin yaradılması və kənd təsərrüfatı məhsullarının istehsalı üzrə bir sıra sənədlərimiz var".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dağıstan Respublikasının Prezidenti Ramazan Abdulatipov deyib.

Onun sözlərinə görə, Dağıstanda idxal edilən malların respublika daxilində istehsal olunan mallarla əvəz edilməsi üzrə genişmiqyaslı proqram həyata keçirilir və bu proqram sayəsində Dağıstanda Azərbaycanın digər ölkələrdən üç dəfə baha aldığı məhsullar istehsal olunur: "İlk növbədə, kənd təsərrüfatı, emal sənayesi sahəsində əməkdaşlığı inkişaf etdirə bilərik. Dağıstanda azərbaycanlı sahibkarlara məhsulun sonrakı istehsalı üçün torpaq ərazisi verməyə hazırıq".

R.Abdulatipov regionlararası əlaqələrin əhəmiyyətini vurğulayıb: "Həm Azərbaycan, həm də Rusiya tərəfdən regionların nümayəndəlikləri mümkün qədər çox olmalıdır".

Dağıstanın başçısı turizm əlaqələrinin zəif inkişaf etdiyini bildirib: "Bizim faktiki olaraq, Həştərxandan Mahaçqalaya və oradan Bakıya gedə biləcək turistik gəmimiz yoxdur. Mahaçqala və Bakı arasında, eləcə də Azərbaycanın digər bölgələrinə turizm qatarları imkanlarından tam istifadə edə bilmirik. Ona görə də hazırda turistik qatarlar və aviauçuşlar layihəsini hazırlayırıq. Sadəcə, aviaşirkətlər dərhal - uçuşların ilk ayında gəlir əldə etmək istəyir".

Son xəbərlər

Orphus sistemi