​Çin Azərbaycanla iqtisadi əməkdaşlığı genişləndirir

​Çin Azərbaycanla iqtisadi əməkdaşlığı genişləndirir Çin şirkətləri Azərbaycanla kənd təsərrüfatı sahəsində əməkdaşlıq etməyə hazırdır
ASK
115
19 Fevral , 2016 13:29
​Çin Azərbaycanla iqtisadi əməkdaşlığı genişləndirir

Bakı. 18 fevral. REPORT.AZ/ Çin şirkətləri Azərbaycanda investisiya qoyuluşu və əməkdaşlığın mümkünlüyü ilə bağlı perspektivli olan layihələri öyrənirlər. Bununla bağlı gələcəkdə Azərbaycanda fəaliyyət göstərən Çin şirkətlərinin artacağı gözlənilir.

"Report"un verdiyi xəbərə görə, bunu bu gün Bakıda Çinin iqtisadi inkişafına həsr olunmuş dəyirmi masada Çinin Azərbaycandakı səfirliyinin müşaviri Yuy Xu məlumat verib.

"Azərbaycanla Çin arasında müxtəlif sahələrdə əməkdaşlıq genişlənir. Hazırda bizim imkanımız var ki, əməkdaşlığı daha da genişləndirək. Ticarət dövriyyəsinin həcmi olduqca azdır. Lakin illik artım qeydə alınır. Ötən il Çin ilk dəfə olaraq Azərbaycanın ticarət tərəfdaşlarının ilk onluğuna daxil olub. Gələcəkdə ilk beşliyə düşəcəyinə ümid edirəm. Çin tərəfinin statistikasına əsasən, Azərbaycanda 31 Çin şirkəti fəaliyyət göstərir. Azərbaycan tərəfinin statistikasına əsasən isə 80-dən çox Çin kapitallı şirkət Azərbaycanda fəaliyyət göstərir".

Onun sözlərinə görə, hazırda Azərbaycanda böyük layihələr var ki, son aylar bununla bağlı Azərbaycana çoxlu Çin şirkətləri gəlib, buradakı hansı layihələrə investisiya yatırmağın yaxud əməkdaşlığın mümkünlüyünü öyrənir: "İnanıram ki, yaxın gələcəkdə Azərbaycanda Çindən çoxlu çalışanlar olacaq".

Bundan başqa, o bildirib ki, Çin şirkətləri Azərbaycanla kənd təsərrüfatı sahəsində əməkdaşlıq etməyə hazırdır: "Azərbaycanda kənd təsərrüfatı son zamanlar sürətlə inkişaf edir. Azərbaycan şirkətləri məhsullarını ixrac etməyə çalışır. Məhsulların Çinə ixracının mümkünlüyü də ölkələr arasında keçirilən komitə iclaslarında müzakirə olunub və artıq kənd təsərrüfatı ixracına yol açılıb. Bu da əməkdaşlığın inkişafına töhfə verəcək. Neft-qaz məhsullarından başqa, Azərbaycanın ixrac üçün əsas məhsulu kənd təsərrüfatı məhsullarıdır. Ona görə də bu sahədə əməkdaşlığa açığıq".

Son xəbərlər

Orphus sistemi