Çili Azərbaycana qarğıdalı ixracını bərpa edib

ASK
  • 20 iyun, 2022
  • 12:16
Çili Azərbaycana qarğıdalı ixracını bərpa edib

Bu ilin yanvar-aprel aylarında Azərbaycana xaricdən 10,591 milyon ABŞ dolları dəyərində 28 min 700 ton qarğıdalı (o cümlədən toxumluq) gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 26,7 %, kəmiyyət olaraq – 48,7 % çoxdur.

Hesabat dövründə Rusiyadan 6,949 milyon ABŞ dolları dəyərində 27 min 571 ton, Türkiyədən 1,306 milyon ABŞ dolları dəyərində 578,93 ton, Serbiyadan 839,16 min ABŞ dolları dəyərində 171,42 ton, İtaliyadan 682,9 min ABŞ dolları dəyərində 124,44 ton, Rumıniyadan 633,22 min ABŞ dolları dəyərində 114,28 ton məhsul alınıb.

2021-ci ilin ilk 4 ayının göstəriciləri ilə müqayisədə Rusiyadan idxal müvafiq olaraq 98 % və 74,3 % artıb, Türkiyədən – 44,2 % azalıb və 70,4 % artıb, Serbiyadan – 2,2 dəfə və 70,1 % artıb, İtaliyadan – 99,7 % və 99,8 % azalıb, Rumıniyadan – 3,2 dəfə və 3,3 dəfə artıb. Altı il 5 aylıq fasilənin ardından Çilidən tədarük bərpa edilib. Həmin ölkədən 0,22 min ABŞ dolları dəyərində 0,03 ton məhsul idxal edilib.

Son xəbərlər

Bütün Xəbər Lenti