Bu il Azərbaycanda fermerlərə 200 min üzüm tingi veriləcək

Bu il Azərbaycanda fermerlərə 200 min üzüm tingi veriləcək Yaxın illərdə ölkədəki üzümlüklərin ümumi sahəsi üç dəfə artırılacaq
ASK
12 Aprel , 2016 16:28
Bu il Azərbaycanda fermerlərə 200 min üzüm tingi veriləcək

Bakı. 12 aprel. REPORT.AZ/ Azərbaycanda üzümçülüyün inkişaf etdirilməsi, aqrar sahənin gəlirliliyi və ixracat potensialının artırılması, habelə kənd əhalisinin maddi rifahının yüksəldilməsi məqsədi ilə üzümçülük sahəsinə xüsusi diqqət ayrılır. Bu məqsədlə bu il Kənd Təsərrüfatı Nazirliyi Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutunun (ETÜŞİ) təcrübə bazasının kolleksiya bağında 200 minə yaxın yerli üzüm növündən ibarət tinglik təsərrüfatı yaradılır. Bu barədə "Report"a ETÜŞİ-dən bildirilib.

Belə ki, elmi tədqiqat müəssisəsi yerli üzüm növlərini çoxaltmaq məqsədilə onlardan çubuq tədarük edir və yeni tinglər yetişdirir. Daha sonra isə onlar fermerlərə, böyük və kiçik təsərrüfatlara, həyətyanı təsərrüfatlara veriləcək.

Qeyd edək ki, ölkədə üzümlüklər Azərbaycanda üzümçülüyün inkişafına dair Dövlət Proqramına (2012-2020-ci illər) əsasında 50 min hektar sahəyə çatdırılmalıdır. Hazırda isə üzümlüklər 16 min hektar sahəni əhatə edir.

Son xəbərlər

Orphus sistemi