BTC kəməri ilə Orta Asiya neftinin tranziti 45% artıb
ASK
- 05 dekabr, 2014
- 13:22
Bakı. 5 dekabr. REPORT.AZ/ Cari ilin noyabr ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 1 719 684 ton Azərbaycan nefti nəql olunub ki, bu da ötən ilin noyabrına nisbətən 26,1% azdır. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.
Cari ilin yanvar-noyabr aylarında bu kəmərlə 26 045 242 ton neft ötürülüb. Bu isə öz növbəsində ötən ilin 11 ayı ilə müqayisədə 4,5% azdır.
Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2014-cü il dekabrın 1-nə qədər BTC-yə 261,187 mln. ton neft vurulub.
Bundan başqa, bu ilin noyabr ayında BTC kəməri ilə ümumilikdə 620 436 ton Türkmənistan və Qazaxıstan nefti nəql olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 44,5% çoxdur.
Son xəbərlər
02:45
Rubio: ABŞ Meksikadakı narkokartellərin təhdidinə cavab verməli olacaq
Digər ölkələr02:13
Merts 2028–2034-cü illər üçün Aİ büdcəsinin azaldılmasına çağırış edib
Digər ölkələr01:50
İran XİN: Tehran Fars körfəzinin təhlükəsizliyi prinsipinə sadiqdir
Region01:25
Tramp ABŞ-nin İrana zərbələri gücləndirəcəyini bəyan edib
Digər ölkələr00:58
Foto
UEFA Çempionlar Liqası: "Qalatasaray" "Sportinq"ə məğlub olub
Futbol00:47
Valdas Dambrauskas: "Mançester Yunayted"lə qarşılaşma Azərbaycan futbolu üçün tarixi hadisədir"
Futbol00:13
Tom Barrak: Türkiyə ilə ABŞ arasındakı ittifaq heç vaxt indiki qədər güclü olmayıb
Region23:52
Makron Paşinyanla "Şimal-Cənub" marşrutu çərçivəsində əməkdaşlığı müzakirə edib
Region23:31