Biləsuvar Kənd Təsərrüfatı İstehsalat Müəssisəsinin fəaliyyətində nöqsanlar aşkarlanıb

Biləsuvar Kənd Təsərrüfatı İstehsalat Müəssisəsinin fəaliyyətində nöqsanlar aşkarlanıb Audit yoxlamasının nəticələrinə dair materiallar Baş Prokurorluğa göndərilib
ASK
19 İyun , 2017 17:58
Biləsuvar Kənd Təsərrüfatı İstehsalat Müəssisəsinin fəaliyyətində nöqsanlar aşkarlanıb

Bakı. 19 iyun. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyinin “Biləsuvar Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” MMC-nin Nazirliyin əməkdaşları tərəfindən maliyyə-təsərrüfat fəaliyyətinin auditi aparılıb.

Nazirlikdən "Report"a daxil olan məlumata görə, audit yoxlaması zamanı cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətində bir sıra nöqsan və çatışmazlıqlar aşkar edilib.

Bununla əlaqədar “Biləsuvar Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” MMC-nin maliyyə-təsərrüfat fəaliyyətinin audit yoxlamasının nəticələrinə dair materiallar hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilib.

Son xəbərlər

Orphus sistemi