​Bərdədə respublika müşavirəsi keçiriləcək

​Bərdədə respublika müşavirəsi keçiriləcək Toplantının əsas mövzusu təkrar əkinlə bağlı olacaq
ASK
1 İyul , 2015 17:43
​Bərdədə respublika müşavirəsi keçiriləcək

Bakı. 1 iyul. REPORT.AZ/ İyulun 3-də Bərdə rayonunda “Təkrar əkinlərin əhəmiyyəti və tətbiqi” mövzusunda respublika müşavirəsinin keçirilməsi planlaşdırılır.

Kənd Təsərrüfatı Nazirliyindən "Report"a verilən məlumata görə, tədbirdə Nazirliyin Bitkiçilik, Heyvandarlığın inkişafı, Kənd təsərrüfatına dövlət dəstəyi və Texniki siyasət şöbələrinin, Nazirlik yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin, Dövlət Fitosanitar Nəzarəti Xidmətinin, “Aqrolizinq” ASC-nin, Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin, aidiyyəti elmi-tədqiqat institutlarının, yerli icra hakimiyyəti orqanlarının nümayəndələrinin, eləcə də fermer və sahibkarların iştirakı nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi