Yuxarı

Bakıdakı yarmarkalar bağlanıb

Yarmarkaların yenidən təşkili üçün Bakı Şəhər İcra Hakimiyyəti ilə danışıqlar aparılır

Bakı. 20 may. REPORT.AZ/ Bakıda şəhər əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına olan tələbatını qarşılamaq məqsədilə hər həftə sonu paytaxtın müxtəlif rayonlarında təşkil olunan yarmarkalar müvəqqəti olaraq fəaliyyətini dayandırıb. Bunu "Report"a açıqlamasında kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev bildirib.

O deyib ki, yarmarkaların yenidən təşkil olunması üçün hazırda Bakı Şəhər İcra Hakimiyyəti ilə danışıqlar aparılır.

Qeyd edək ki, Bakıda mayın 8-dən Xətai, Nəsimi, Yasamal, Nərimanov, Səbail və Binəqədi rayonunda kənd təsərrüfatı yarmarkaları fəaliyyətini dayandırıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi