“Misir xalqı Müasir Azərbaycanın memarı, dünya şöhrətli, dahi şəxsiyyət Heydər Əliyev haqqında geniş məlumatlara malikdir”

“Misir xalqı Müasir Azərbaycanın memarı, dünya şöhrətli, dahi şəxsiyyət Heydər Əliyev haqqında geniş məlumatlara malikdir” Bakı Slavyan Universitetində ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirildi
ASK
12 Dekabr , 2014 23:01
“Misir xalqı Müasir Azərbaycanın memarı, dünya şöhrətli, dahi şəxsiyyət Heydər Əliyev haqqında geniş məlumatlara malikdir”

Bakı. 12 dekabr. REPORT.AZ/ Bakı Slavyan Universitetində ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirildi.

Misir Mədəniyyət Mərkəzindən “Report”a verilən məlumata görə, tədbiri açan universitetin rektoru Asif Hacıyev Heydər Əliyevin Azərbaycan tarixində mühüm rolu haqqında geniş məruzə ilə çıxış etdi.

Tədbirdə bir sıra qonaqlarla yanaşı Misir Mədəniyyət Mərkəzinin müdiri, azərbaycanşünas alim Əhməd Sami Elaydi də çıxış etdi. Diplomat Azərbaycan və Misir arasında münasibətlərin qurucusu olan Heydər Əliyevin 1994-cü ildə Misirə səfərindən, bu səfərin iki dövlət arasında qurulan dostluq münasibətlərində geniş rolundan söhbət açdı. Ə.S.Elaydi deyib ki, bu görüşdən sonra Azərbaycan və Misir arasında dostluq münasibətləri Heydər Əliyev tərəfindən qoyulan təməl üzərində inkişaf edir.

“Misir xalqı Müasir Azərbaycanın memarı, dünya şöhrətli, dahi şəxsiyyət Heydər Əliyev haqqında geniş məlumatlara malikdir. Onun həyatı, fəaliyyəti, Azərbaycanın inkişafı üçün misilsiz xidmətləri haqqında ərəb dilində kitablar nəşr olunub. Heydər Əliyev Misirdə heykəli olan ilk və yeganə tarixi şəxsiyyətdir. Heydər Əliyevin Misirə səfərindən sonra 1998-ci ildən etibarən Misirdə Azərbaycan dilinə böyük maraq oyanmış və aparıcı universitetlərdən biri, iki yüz mindən çox tələbəsi olan Ayn-Şəms Universitetində Azərbaycan dili tədris olunur. Hər il yüzlərlə tələbəyə Azərbaycan dili öyrədilir.”

Tədbirdə Heydər Əliyevə həsr olunmuş film nümayiş etdirilib.

Son xəbərlər

Orphus sistemi