Azərbaycanda Sahibkarlar güzəştli kreditlərin alınması barədə məlumatlandırılıb

Azərbaycanda Sahibkarlar güzəştli kreditlərin alınması barədə məlumatlandırılıb Sabir qəsəbəsində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirilib
ASK
5 Sentyabr , 2014 15:10
Azərbaycanda Sahibkarlar güzəştli kreditlərin alınması barədə məlumatlandırılıb
Bakı. 5 sentyabr. REPORT.AZ / İqtisadiyyat və Sənaye Nazirliyindən sahibkarlara güzəştli kreditlərin alınması barədə məlumat verilib.

Nazirlikdən "Report"a verilən məlumata görə, Nazirliyin Sahibkarlara Kömək Milli Fondu Şamaxı rayonunun Sabir qəsəbəsində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib.

Tədbirin keçirilməsində əsas məqsəd sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumatların verilməsi, sahibkar-müvəkkil kredit təşkilatı münasibətlərinin möhkəmləndirilməsi, sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsidir.

80-ə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Şamaxının iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan ixtisaslaşdırılmış "yaşıl market"in və fermer mağazalarının, 50 başlıq südlük istiqamətli ailə fermer təsərrüfatlarının, pendir istehsalı müəssisəsinin, üzümçülük və arıçılıq təsərrüfatlarının (balın sənaye üsulu ilə emalı müəssisəsinin) yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib.

Nazirlikdən sahibkarlara verilən məlumatlara əsasən bildirib ki, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin güzəştli kreditlər hesabına maliyyələşdiriləcək.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, 2014-cü ilin ötən dövrü ərzində 3658 sahibkara 187.8 milyon manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 8000-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.

Qeyd edək ki, indiyədək Dağlıq-Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1340 investisiya layihəsinin maliyyələşdirilməsinə 48.5 milyon manat güzəştli kredit verilib.

Digər sahələrlə yanaşı, ixtisaslaşdırılmış "yaşıl market"in, müasir texnologiyaların tətbiqinə əsaslanan kənd təsərrüfatı üzrə logistik mərkəzlərin, heyvandarlıq komplekslərinin, quşçuluq fabrikinin, çörək zavodunun, meyvə, ət və süd emalı müəssisələrinin, üzümçülük təsərrüfatlarının, və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilib.

Son xəbərlər

Orphus sistemi