“Azərtütün ASK” bu il ixracdan gəlirlərini 2,3 dəfə azaldıb

“Azərtütün ASK” bu il ixracdan gəlirlərini 2,3 dəfə azaldıb ​​​​​​​Bu ilin yanvar-may aylarında “Azərbaycan Sənaye Korporasiyası”nın törəmə müəssisəsi 213 min ABŞ dolları dəyərində məhsul ixrac edib
ASK
1 İyul , 2021 12:44
“Azərtütün ASK” bu il ixracdan gəlirlərini 2,3 dəfə azaldıb

Bu ilin yanvar-may aylarında “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisəsi olan “Azərtütün Aqrar Sənaye Kompleksi” MMC 213 min ABŞ dolları dəyərində məhsul ixrac edib.

“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın iyun sayında bildirilir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 274 min ABŞ dolları və yaxud 2,3 dəfə azdır.

Xatırladaq ki, 2020-ci ilin yanvar-may ayları ərzində “Azərtütün ASK” xarici ölkələrə 487 min ABŞ dolları dəyərində məhsul ixrac edib.

Qeyd edək ki, “Azərtütün ASK” MMC Azərbaycan Prezidentinin 4 dekabr 2017-ci il tarixli, 1 704 saylı Fərmanına uyğun olaraq, “İntertobacco” MMC-nin əmlakları “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin mülkiyyətinə götürülüb və 25 may 2018-ci il tarixdən “Azərtütün ASK” MMC qeydiyyata alınaraq fəaliyyətə başlayıb.

“Azərtütün ASK” MMC-nin Balakən, Zaqatala, Qax və Şəki rayonlarında 266 ədəd müasir odla qurutma kamerası, anbar və ofis binaları, habelə digər zəruri infrastruktura malik 4 ədəd tütün istehsalı və emalı məntəqəsi, Zaqatala rayonunda isə bir Tütün emalı zavodu fəaliyyət göstərir. Qurutma kameraları Bolqarıstanın “Ronis” və İtaliyanın “De Cloet”, emal zavodunun avadanlıqları isə ABŞ-ın “MacTavish Evans” və İtaliyanın “Goddiolli Bellanti” şirkətlərinin istehsalıdır. Ümumilkdə, “Azərtütün ASK” MMC və onun strukturuna daxil olan müəssisə və obyektlərdə 194 daimi iş yeri var, mövsümdə isə 500-550 nəfər müvəqqəti işçi cəlb edilir.

Son xəbərlər

Orphus sistemi