“Azəripəy”in ixrac gəlirləri 2,3 dəfədən çox azalıb

ASK
  • 01 fevral, 2023
  • 09:45
“Azəripəy”in ixrac gəlirləri 2,3 dəfədən çox azalıb

2022-ci il ərzində “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisəsi - “Azəripək” MMC 1,7 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın yanvar sayında bildirilir.

İcmala görə, bu, 2021-ci ilin göstəricisi ilə müqayisədə 2,3 milyon ABŞ dolları və ya 2,35 dəfə azdır.

Qeyd edək ki, 2022-ci il ərzində Azərbaycanın ümumi ixracı 38,1 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac 3,05 milyard ABŞ dolları təşkil edib.

Xatırladaq ki, “Azəripək” 2018-ci ildə yaradılıb. Cəmiyyətin tərkibində olan istehsal sahələrinə baramadan xam ipəyi açan istehsalat, toxucu istehsalatı, boyaq-bəzək istehsalatı, pambıq əyirici istehsalatı, burucu sex daxildir. Qeyri-istehsal sahələri isə idarə binası, mexanika, energetika, avtonəqliyyat və xammal sahələrindən ibarətdir.

Pambıqəyirmə istehsalatının 3 növbəli iş rejimində illik istehsal gücü 3 min ton olan mahlıc emalı, baramadan xam ipək açan istehsalat 1 növbəli iş rejimində illik istehsal gücü 350 ton yaş barama, toxucu istehsalatı 1 növbəli iş rejimində illik istehsal gücü 450 min p/m ipək, 400 min p/m pambıq parça, boyaq-bəzək istehsalatı 1 növbəli iş rejimində illik istehsal gücü 24 min ədəd kəlağayı, 4 min ədəd şərf və 8 min ədəd çitmə təşkil edir.

Müəssisənin istehsal etdiyi məhsullar əsasən Rusiya, Türkiyə və İrana ixrac olunur.

Son xəbərlər

Bütün Xəbər Lenti