Rustam Soli: "Aqrar sektorun inkişafına dair Azərbaycan ilə Tacikistan arasında bir sıra sənədlər hazırlanıb"

Rustam Soli: "Aqrar sektorun inkişafına dair Azərbaycan ilə Tacikistan arasında bir sıra sənədlər hazırlanıb" Azərbaycan ilə Tacikistan arasında ikitərəfli əlaqələrin inkişafına dair bir sıra sənədlər imzalana bilər.
ASK
18 Sentyabr , 2019 09:45
Rustam Soli: Aqrar sektorun inkişafına dair Azərbaycan ilə Tacikistan arasında bir sıra sənədlər hazırlanıb

"Azərbaycan ilə Tacikistan arasında ikitərəfli əlaqələrin inkişafına dair bir sıra sənədlər imzalana bilər".

"Report" xəbər verir ki, bunu Tacikistanın Azərbaycandakı səfiri Rustam Soli bildirib.

Səfir vurğulayıb ki, biznes əlaqələrinin, həmçinin aqrar sektorun inkişafına dair Azərbaycan ilə Tacikistan arasında bir sıra sənədlər hazırlanıb: "Hazırda sənədlər baxılma mərhələsindədir".

Xatırladaq ki, bu ilin yanvar-avqust aylarında Azərbaycan Tacikistanla 2,135 milyon dollarlıq ticarət edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,215 milyon dollar və yaxud 36,3 faiz azdır. Ticarət dövriyyəsinin 99,6 faizi ixracın payına düşüb. 

Son xəbərlər

Orphus sistemi