Azərbaycanın Tatarıstandan aldığı taxılın həcmi açıqlanıb

Azərbaycanın Tatarıstandan aldığı taxılın həcmi açıqlanıb Ölkə yem təyinatlı taxıl alacaq
ASK
13 Sentyabr , 2017 14:12
Azərbaycanın Tatarıstandan aldığı taxılın həcmi açıqlanıb

Bakı. 13 sentyabr. REPORT.AZ/ Bu il Azərbaycan, İran və Volqa Federal Dairəsi Tatarıstandan 150 min ton yem taxılı alacaq.

"Report"un "Biznes novosti" saytına istinadən verdiyi məlumata görə, hazırda yem taxılının alınması məqsədilə müqavilələr hazırlanır.

Qeyd edək ki, Tatarıstan artıq 4,2 mln. ton taxıl toplayıb. Daha 300 min ha sahədən də taxıl yığılması gözlənilir. Bununla belə, Tatarıstanın daxili tələbatı 3,5 mln. ton taxıl təşkil edir. Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, taxıla tələbat yetərli olmadığına görə, 1 mln. ton məhsulun satışı reallaşdırılmayacaq.

Son xəbərlər

Orphus sistemi