Azərbaycanın əsas tədarük bazarından gübrə idxalının dəyəri 3 dəfə artıb
- 03 aprel, 2023
- 09:01
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar ayında Azərbaycana 4,7 milyon ABŞ dolları dəyərində 6 min 402 ton gübrə (orqanik gübrələrdən başqa) idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2,2 dəfə, kəmiyyət olaraq – 30,2 % çoxdur.
Hesabat dövründə Azərbaycana Rusiyadan 3,8 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 3 dəfə çoxdur) 5 min 564 ton (+36 %), Çexiyadan 321,2 min ABŞ dolları dəyərində 312 ton (bir il əvvəl tədarük olmayıb), Slovakiyadan 309,2 min ABŞ dolları dəyərində (+3 dəfə) 384 ton (+2,3 dəfə), Türkiyədən 149,4 min ABŞ dolları dəyərində (-48 %) 66,2 ton (-65 %), Gürcüstandan 31 min ABŞ dolları dəyərində (-64 %) 65 ton (-66 %) məhsul gətirilib.
2022-ci ildə Azərbaycana idxal edilən (33 ölkədən) 103 min 315 ton gübrənin (orqanik gübrədən başqa) 83,4 %-i Rusiyanın payına düşüb.