Azərbaycanın əsas tədarük bazarından çəkməli tütün idxalı xeyli azalıb
- 20 aprel, 2022
- 10:03
Bu ilin ilk iki ayında Azərbaycan xaricdən 8,2 milyon ABŞ dolları dəyərində 496,75 ton çəkməli tütün (emal olunmuş tərkibində tütün əvəzediciləri olan və ya olmayan) alıb.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə idxal dəyər ifadəsində 16,5 %, kəmiyyət olaraq – 32,2 % azalıb.
Hesabat dövründə Ukraynadan 8,2 milyon ABŞ dolları dəyərində 496,14 ton, Gürcüstandan 12,05 min ABŞ dolları dəyərində 0,09 ton və Danimarkadan 4,21 min ABŞ dolları dəyərində 0,52 ton məhsul alınıb.
Ötən ilin yanvar-fevral aylarının göstəriciləri ilə müqayisədə Ukraynadan tədarük müvafiq olaraq 14,3 % və 29,7 % azalıb, Danimarkadan – 92 % və 93,8 % azalıb. Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Azərbaycan Gürcüstandan çəkməli tütün alıb.
Xatırladaq ki, 2021-ci ildə Azərbaycanın idxal etdiyi 4,61 min ton çəkməli tütünün 96,9 %-i Ukraynadan alınıb.