Azərbaycanın əsas tədarük bazarından buğda idxalının dəyəri 19 % artıb
- 17 oktyabr, 2022
- 13:37
Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycana xaricdən 193,324 milyon ABŞ dolları dəyərində 539 min 092 ton buğda gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 59 %, kəmiyyət olaraq – 12,3 % çoxdur.
Hesabat dövründə Rusiyadan 139,417 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 19 % çoxdur) 380 min 681 ton (-17,7 %), Qazaxıstandan 53,91 milyon ABŞ dolları dəyərində (+13 dəfə) 158 min 411 ton (+9,2 dəfə) məhsul idxal edilib.
Avqustda Azərbaycan buğdanı əsasən Rusiyadan alıb. Bu ölkədən tədarükün həcmi avqustda öncəki 7 ayın göstəricisinə nisbətən 37 % artıb.
Qeyd edək ki, ötən il Azərbaycanın idxal etdiyi (6 ölkədən) 1,148 milyon ton buğdanın 95,3 %-i Rusiyanın payına düşüb.