Azərbaycandan Rusiyaya aparılan gavalıda ziyanverici tapılıb

Azərbaycandan Rusiyaya aparılan gavalıda ziyanverici tapılıb Rusiyanın Samara şəhərinin hava limanında Azərbaycandan gələn sərnişinlərin əl yükü və baqajında olan gavalı yükü yoxlanılarkən ziyanvericilər müəyyən edilib.
ASK
9 Avqust , 2019 11:10
Azərbaycandan Rusiyaya aparılan gavalıda ziyanverici tapılıb

Rusiyanın Samara şəhərinin hava limanında Azərbaycandan gələn sərnişinlərin əl yükü və baqajında olan gavalı yükü yoxlanılarkən ziyanvericilər müəyyən edilib.

“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, müvafiq nəzarət qurumunun laboratoriyasında keçirilən analiz nəticəsində gavalıda təhlükəli ziyanvericilərdən hesab olunan Şərq meyvə güvəsi aşkarlanıb.

Bundan sonra gətirilən gavalı yandırılaraq yox edilib.

Son xəbərlər

Orphus sistemi