Azərbaycandan buğda və buğda unu ixracına gömrük rüsumu tətbiqinin müddəti uzadılıb
ASK
- 09 sentyabr, 2021
- 14:46
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Nazirlər Kabineti “Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.
"Report" xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən 2022-ci ilin 1 may tarixinə qədər Azərbaycandan ixrac olunan buğdanın hər tonuna 200 ABŞ dolları gömrük rüsumu tutulacaq. Rüsum bərk buğda, toxumluq buğda, pərinc, yumşaq buğda və meslini əhatə edəcək.
Sözügedən rüsum bərk buğda unu, yumşaq buğda unu, pərinc unu və buğda-çovdar unu ixracına da şamil ediləcək.
Son xəbərlər
23:09
Foto
UEFA Çempionlar Liqası: "Sabah" "Barselona" ilə matçda fərqi azaldıb - Yenilənir-7
Futbol
23:03
Monteneqro Prezidenti 2027-ci ildə Azərbaycana səfər edəcəyini təsdiqləyib
Xarici siyasət
22:56
Foto
Göyçayda güclü külək irigövdəli ağacı yola aşırıb
Hadisə
22:29
Əraqçi İranın kimyəvi silah hazırlaması ilə bağlı İsrailin ittihamlarına münasibət bildirib
Region
22:11
ABŞ SpaceX-ə 1 milyonadək orbital data mərkəzi peyki yerləşdirməyə icazə verib
Digər ölkələr
21:52
Aİ Rusiya aktivlərini ən azı 35 il ərzində blokdan çıxarmağı planlaşdırmır
Digər ölkələr
21:42
Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət siyasəti
21:35
Foto
Azərbaycan və Özbəkistan parlamentləri arasında "Yol xəritəsi" imzalanıb - Yenilənib-2
Xarici siyasət
21:32
Naxçıvanın büdcəsi haqqında qanun Ali Məclisdə birinci oxunuşda qəbul edilib
Maliyyə