Azərbaycandan 4 ölkəyə soğan ixracı bərpa edilib
- 18 yanvar, 2023
- 10:16
Ötən ilin ilk 11 ayı ərzində Azərbaycan 3,146 milyon ABŞ dolları dəyərində 12 min 213 ton soğan ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 16 %, kəmiyyət olaraq – 11 % azdır.
Gürcüstana 1,51 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 77 % çoxdur) 7 min 928 ton (+30,4 %), Rusiyaya 1,262 milyon ABŞ dolları dəyərində (-53 %) 2 min 848 ton (-54 %), Ukraynaya 271,23 min ABŞ dolları dəyərində (+48 %) 954,54 ton (-8 %), Belarusa 57,95 min ABŞ dolları dəyərində 230,19 ton, Pakistana 19,6 min ABŞ dolları dəyərində 97,7 ton, Litvaya 14,1 min ABŞ dolları dəyərində 64,8 ton (ilk dəfə tədarük olub), İraqa 13,34 min ABŞ dolları dəyərində (-75 %) 70,3 ton (-81 %), Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) 2,82 min ABŞ dolları dəyərində 18,8 ton və Qətərə 0,06 min ABŞ dolları dəyərində 0,1 ton məhsul satılıb.
Beş il 2 ayın tamamında Pakistana, 2 il 7 aydan sonra Belarusa, 1 il 9 aylıq fasilənin ardından Qətərə və 1 il 2 aylıq aradan sonra BƏƏ-yə tədarük bərpa edilib.