"Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən təqdim edilən məlumatlara əsasən, cari ilin 9 ayı ərzində ölkəyə 780,9 ton və 566,7 min litr pestisid, habelə 89,8 min ton və 62,2 min litr aqrokimyəvi maddə gətirilib.
Həmin dövrdə ölkənin kənd təsərrüfatı məhsulu istehsalçılarına 50,4 min ton ammonium şorası, 5,7 min ton nitroammofoska, 2,5 min ton karbamid, 3,7 min ton kalium-xlorid satılıb.
Həmçinin, bu ilin yanvar-sentyabr aylarında 75 045 baş inək, camış və düyə süni mayalandırılıb.