Yuxarı

Azərbaycanda yumurta istehsalı 5% artıb

Bu il ət istehsalı 1,5%, süd istehsalı 3,8%, yumurta istehsalı 4,7%, tərəvəz istehsalı isə 6,1% artıb

Bakı. 17 mart. REPORT.AZ/ Azərbaycanın kənd təsərrüfatında bitkiçilik məhsullarının əkininə başlanıb. Mart ayının 1-nə kimi 50,8 min hektar sahədə yazlıq bitkilər, o cümlədən 2,6 min hektar sahədə dənli və dənli paxlalılar, 10,4 min hektar sahədə kartof, 7,5 min hektar sahədə tərəvəz, 0,1 min hektar sahədə şəkər çuğunduru, 30,1 min hektar sahədə çoxillik otlar, 0,1 min hektar sahədə isə sair bitkilər əkilib. Bu barədə Dövlət Statistika Komitəsindən "Report"a verilən məlumatda deyilir. 

Belə ki, bu ilin yanvar-fevral aylarında diri çəkidə 73,4 min ton ət, 290,1 min ton süd, 270,9 mln. ədəd yumurta, 4,2 min ton tərəvəz istehsal olunub. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 1,5%, süd istehsalı 3,8%, yumurta istehsalı 4,7%, tərəvəz istehsalı isə 6,1% artıb.

Məlumata görə, kənd təsərrüfatının ümumi məhsulu 2,6%, o cümlədən, bitkiçilik məhsulları istehsalı 4,5%, heyvandarlıq məhsulları istehsalı 2,6% artıb.

Hesabat dövründə əsas kapitala 1 834,9 mln. manat məbləğində vəsait yönəldilib. İstifadə olunmuş vəsaitin 1 591,6 mln. manatı və ya 86,7%-i məhsul istehsalı obyektləri, 142,0 mln. manatı (7,8%-i) xidmət sahələri üzrə obyektlərin, 101,3 mln. manatı (5,5%-i) isə ümumi sahəsi 269,5 min kv. metr olan yaşayış evlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilmiş vəsaitlərin 593,8 mln. manatını və ya 32,4%-ni daxili vəsaitlər təşkil edib. Əsas kapitala yönəldilmiş vəsaitin 1 331,8 mln. manatı və ya 72,6%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi