Yuxarı
    Bağlamaq

    ​Azərbaycanda torpaqların təyinatına uyğun olmayan məqsədlər üçün istifadəsinə görə cərimələr kəskin artırılır - YENİLƏNİB

    Bununla bağlı qanun layihəsi Milli Məclisdə müzakirə olunur

    İlk xəbər saat 13:50-də verilib

    Bakı. 25 may. REPORT.AZ/ "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun layihəsi bu gün Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında müzakirə olunub.

    "Report"un verdiyi xəbərə görə, dəyişikliyə əsasən, torpaq sahəsinin məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə fiziki şəxslər 300 manat miqdarında, vəzifəli şəxslər 600 manat miqdarında, hüquqi şəxslərin 3 min manat miqdarında cərimə edilməsi təklif edilir.

    Həmçinin bu xətanın kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədilməsinə görə fizki şəxslər 500 manat, vəzifəli şəxslər min manat, hüququi şəxslər 5 min manat cərimə ediləcək.

    Qeyd edək ki, hazırda qüvvədə olan maddəyə əsasən, müvəqqəti tutulan torpaqların vaxtında qaytarılmamasına və ya onları müvafiq istifadə üçün yararlı hala salmaq vəzifəsinin yerinə yetirilməməsinə görə fiziki şəxslər 6-8 manat, vəzifəli şəxslər 12-14 manat, hüququ şəxslər 30-32 manat cərimə edilir.

    İcarəyə verilmiş torpaqların məqsədli təyinatını dəyişdirmədən başqa məqsədlər üçün istifadəyə görə fiziki şəxslər 8-10 manat, vəzifəli şəxslər 14-16 manat, hüquqi şəxslər 30-32 manat cərimə olunur. 

    "İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihəsində təklif edilən digər dəyişikliyə əsasən, vəzifəli şəxs tərəfindən qanunvericilik pozulmaqla torpaq sahələrinin tikinti üçün ayrılmasına görə cərimələr 60-90 manatdan 1 500 manatadək artırılacaq.

    Təklif olunan dəyişikliyə əsasən, vəzifəli şəxs tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla torpaq sahələrinin (magistral boru kəmərlərinin, gərginliyi 1 000 V-dan çox olan elektrik şəbəkələrinin, metropolitenin, dəmir yolu qurğularının, müdafiə obyektlərinin, su təchizatı və kanalizasiya sistemlərinin texniki qurğularının, neft buruqlarının, avtomobil yollarının və ya suların mühafizə zonalarındakı torpaq sahələri, habelə kənd təsərrüfatı təyinatlı torpaqlar istisna olmaqla) tikinti üçün ayrılmasına görə 1 500 manat cərimə edilməsi təklif olunur.

    Bu dəyişiklikdə məqsəd torpaqların qeyri-qanuni zəbt edilməsinin, onlardan təyinatı üzrə istifadə edilməməsinin və qanunvericiliklə müəyyən olunmuş qaydaları pozmaqla kənd təsərrüfatı təyinatlı torpaqların təyinatının dəyişdirilməsinin qarşısının alınması sahəsində qanunvericiliyin tələblərini sərtləşdirməkdir.

    Qeyd edək ki, hazırda torpaq sahələrinin tikinti üçün ayrılması qaydalarının pozulması maddəsinə əsasən, vəzifəli şəxs tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla torpaq sahələrinin tikinti üçün ayrılmasına görə 60 manatdan 90 manatadək miqdarda cərimə tətbiq edilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi