Azərbaycanda pambıq yığımı 72% artıb

Azərbaycanda pambıq yığımı 72% artıb Şəkər çuğunduru istehsalı ilə bağlı ölkəyə 18 mln. manatlıq texnika gətirilib
ASK
2177
1 Noyabr , 2017 13:49
Azərbaycanda pambıq yığımı 72% artıb

Bakı. 1 noyabr. REPORT.AZ/ Bu gün səhər saatlarına olan məlumata görə, Azərbaycan üzrə pambıq məntəqələrində 154,1 min ton pambıq qəbul olunub. Ötən il bu rəqəm 89,5 min ton olub (artım 72,2%).

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında kənd təsərrüfatı naziri Heydər Əsədov deyib.

H.Əsədovun sözlərinə görə, havaların keçməsindən asılı olaraq qarşıdakı bir neçə gündə bu rəqəm 160 min tonu keçəcək: "Hazırda mövcud potensialın 70-80%-i arasında yığım həyata keçirmişik".

Nazir deyib ki, fermerlərin texnikaya tələbatı dəyişən kəmiyyətdir: "Bir neçə il ərzində kənd təsərrüfatı işçilərinin şum traktorlarına, kotanlara, açılıb-qoşulan texnikaya tələbatını tam ödədik. Bundan sonra taxıl biçini üçün lazım olan texnikaya tələbatı ödədik. Amma hər il tələblər dəyişir. Dövlət başçısı qarşımıza şəkər çuğunduru, fındıq bağları və intensiv meyvə bağlarının salınması ilə bağlı tələb qoyub. Buna görə də şəkər çuğunduru istehsalı ilə bağlı 18 mln. manatlıq texnika gətirmişik".

Son xəbərlər

Orphus sistemi