Yuxarı

Azərbaycanda ötən il rəsmən 880 ton balıq ovlanıb

Kvotanın alınması üçün balıqçılar tərəfindən 40 min manat ödənilib

Bakı. 10 fevral. REPORT.AZ/ Azərbaycanda 2014-cü ildə balıq və digər su bioloji resurslardan istifadə qaydalarına müvafiq olaraq 239 hüquqi və fiziki şəxs üçün balıq ovuna verilən 1 295,2 ton kvotaya qarşı faktiki 880,6 ton balıq ovlanıb. 

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2013-cü illə müqayisədə 11% çoxdur. Ovlanan balığın 247 tonu siyənək, 164 tonu kilkə, 162 tonu kütüm, 157 tonu kefal, 52 tonu külmə, 46 tonu çapaq balıqları, qalanı isə digər balıq növlərinin payına düşüb.

Qeyd edək ki, ötən il kvotanın alınması üçün balıqçılar tərəfindən 39,5 min manat ödənilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi