Azərbaycanda üzüm istehsalçıları bağın salındığı ilk 4 il ərzində hər hektar əkin sahəsinə görə dövlətdən 600 manat sudsidiya alacaqlar.
"Report" bu barədə
Məlumata görə, bununla bağlı qərar Aqrar Subsidiya Şurasının avqustun 29-da keçirilmiş iclasında, Prezident
Bununla belə, əkindən 4 il sonra məhsulun yetişəcəyi və fermerin gəlir əldə edəcəyi nəzərə alınaraq əkin əmsalı 1,2-yə, subsidiyanın məbləği isə buna uyğun olaraq 240 manata endiriləcək.
Eyni qayda intensiv meyvə bağı salanlara da aiddir. Söhbət damcı suvarma sistemi ilə təmin olunmuş alma, armud, gilas (albalı), gavalı, şaftalı (nektarin), ərik, alça və badam bitkiləri üzrə 1 hektara minimum 650 ədəd vegetativ calaqaltı tingin əkildiyi bağlardan; xurma vənar bitkiləri üzrə 1 hektara minumum 450 ədəd tingin əkildiyi bağlardan; limon, portağal, naringi və feyxoa bitkiləri üzrə1 hektara minimum 650 ədəd tingin əkildiyi bağlardan; fındıq üzrə 1 hektara minimum 330 ədəd ocağın olduğu bağlardan; əzgil, zoğal, iydə, əncir,qoz, zeytun və digər bitkilər üzrə 1 hektara minimum 330 ədəd tingin əkildiyi bağlardan gedir. Bu zaman qərzəkli bitkilər istisna olmaqla digər meyvələrin istehsalçılara hər hektar əkin sahəsinə görə ilk 4 il ərzində 800 manat (əkin əmsalı 4 olacaq), növbəti illərdə isə 240 manat (əkin əmsalı 1,2 olacaq) subsidiya veriləcək. Qərzəkli bitki istehsalçıları isə hər hektar əkin sahəsinə görə ilk 4 il ərzində 400 manat (əkin əmsalı 2 olacaq), növbəti illərdə isə yenə də 240 manat (əkin əmsalı 1,2 olacaq) subsidiya alacaqlar. Bununla belə, qərzəkli meyvələrdən fındıq üzrə əkin əmsalı yalnız Ağstafa, Balakən, Zaqatala, Xaçmaz, Qax,Qəbələ, Quba, Şəki, Oğuz, Qusar, Qazax, Şabran və İsmayıllı rayonlarına şamil ediləcək.
Adi meyvə bağı salanlara isə hər hektar əkin sahəsinə görə 240 manat subsidiya ödənilməsi (əkin əmsalı 1,2 olacaq) nəzərdə tutulub. Amma bunun üçün 1 hektara əkilmiş tinglərin sayı az 90 ədəd olmalıdır.
Nəhayət, giləmeyvə istehsalçıları hər hektar əkin sahəsinə görə 200 manat subsidiya ödəniləcək. Yəni, əkin əmsalı 1 müəyyən edilib.