"AZCHEMCO" şirkəti – özünə aid formulalarla bitkilər üçün gübrə və dərman istehsalçısı olaraq Azərbaycan tarixində ilk dəfə tərkibində texniki elementlər olan suda həll olunan toz gübrələrin (NPK) istehsalına başlayır, həmçinin şoran torpaqlarla bağlı problemlərin həlli üçün bir layihə təqdim edir.
Bu barədə "Report"a şirkətdən məlumat verilib.
Məlumatda deyilir ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı altında şanlı Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində gözəl Qarabağımızın 44 gün ərzində azad olunması Azərbaycan iqtisadiyyatının bütün sahələrində olduğu kimi kənd təsərrüfatı sahəsində də yeni reallıqlar, möhtəşəm perspektivlər vəd edir. Fürsətdən istifadə edərək Vətən müharibəsində şəhid olmuş vətən oğullarına Allahdan rəhmət, qazilərimizə tezliklə sağlamlıqlarına qovuşmalarını diləyirik!
Təsadüfi deyil ki, “AZCHEMCO” şirkətinin loqosunu Qarabağ atı bəzəyir. Qarabağ atı məğrurluq, dözümlülük və əzəmət rəmzidir. Loqo Qırat timsallı bu Qarabağ atının Şuşada Cıdır düzündə şahə qalxmsından ilhamlanaraq yaradılmışdır.
Möhtərəm Prezident İlham Əliyevin göstərişi ilə ölkə iqtisadiyyatında qeyri-neft sektorunun prioritet sahələrindən olan kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sektoru ötən dövr ərzində iqtisadiyyatın əsas sektorlarından biri kimi müəyyənləşdirilib və görülmüş məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanda bu sahənin inkişafı üçün əlverişli şərait yaradılıb.
“AZCHEMCO” MMC-nin kənd təsərrüfatı sahəsində ilk addımlar atmasına baxmayaraq, bu sahədə yüksək və müasir texnologiyaların tətbiqi nəticəsində kənd təsərrüfatını yüksək texnoloji sahəyə çevrilməsi yönündə fəaliyyət göstərməkdədir. Məhz bu cür yanaşma kənd təsərrüfatında modernləşməni öz fəaliyyətində prioritet qəbul etmiş “AZCHEMCO”nu bu sahədə dünya liderləri ilə əməkdaşlığa sövq etdirir və ölkəmizdə müasir əkinçilik metodlarını tətbiq etmək məqsədilə yola çıxılıb.
Ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar Azərbaycanın müasir şəraitdə yeni iqtisadi inkişaf modelinin formalaşmasına xidmət edir. Ölkədən əsassız valyuta və milli kapital axınının qarşısının alınması məqsədilə yerli istehsalın inkişaf etdirilməsi, yeni iş yerlərinin açılması, xüsusən torpaqlarımızı işğaldan azad etdikdən sonrakı dövr üçün daha önəmli faktordur. “AZCHEMCO” şirkəti keyfiyyət göstəricilərinə görə dünya şöhrətli şirkətlər ilə rəqabət edə biləcək pestisidlər, bioloji pereparatlar və gübrələr istehsal edir. İstehsal etdiyimiz məhsullar dünya şöhrətli “SGS” şirkətinin laboratoriyalarında yoxlanılaraq təsdiq edilir. Hər il ölkəmizə kənd təsərrüfatında istifadə məqsədilə külli miqdarda pestisidlər, bioloji pereparatlar və gübrələr idxal olunur ki, bu da əsassız valyuta və milli kapital axınına şərait yaradır, ölkəmizin kənd təsərrüfatını idxaldan asılı vəziyyətə salır. Fikrimizcə kənd təsərrüfatının aparıcı şirkətlərindən biri olaraq “AZCHEMCO” bu prosesə laqeyid qalmamalıdır.
“Azchemco” şirkəti olaraq icraatımızda olan hər bir layihəyə çox həssaslıqla yanaşır, bu istiqamətdə bütün resurslarımızdan, müasir texnologiyalardan istifadə edərək və əsas qayda – ekoloji təmizlik hər şeydən önəmlidir prinsipinə riayət edərək son nəticəyə çatmaq bizim başlıca missiyamızdır.
Məlumat üçün bildiririk ki, “AZCHEMCO” MMC bitki mühafizə vasitələri və kimyəvi maddələrin istehsalı ilə yanaşı istixanalar və digər əkin sahələrinin yaradılması işləri ilə də məşğul olur. Şirkətimiz üçün priaritet sahələrdən biri də təmizlənmiş çirkab sulardan təkrar olaraq suvarmada istifadə və təmizlənmə prosesi zamanı yaranan bərk tullantılardan, heyvandarlıq sahəsindəki (böyükbuynuzlu heyvanların qanı, sümüyü, nəcisi və s.) istifadə olunmayan, ekologiyada mənfi təsirlər yaradan atıqlardan təbii gübrə istehsalıdır.
Bu gün “AZCHEMCO” dünya əhalisinin kənd təsərrüfatı məhsulları ilə təminatının yaxşılaşdırılması, quraqlıq, ekologiya və aclıq problemlərinin həlli məqsədilə fəaliyyət göstərən
Əkinçilikdə torpağın münbit və məhsuldar olması əsas faktorlardandır. Təəssüf ki, münbit və məhsuldar torpaqlar get-gedə şoranlaşmaqda və əkin üçün yararsız vəziyyətə düşməkdədir. Səthində və profilində bitki üçün çox miqdarda toksik duzlar olan torpaqlar şoran torpaqlardır. Havanın isti keçməsi nəticəsində su buxarlanır, toksik duzlar isə torpağın üst hissəsində toplanaraq onu şoranlaşdırır.
Heç kimə sirr deyil ki, torpağın su rejimi mütləq tənzimlənməlidir. Suvarma bitkinin suya olan təlabatını nəzərə almaqla, əsasən iqlim və torpaq şəraitinə uyğun olaraq aparılmalıdır. Dünyanın bir çox yerlərində suvarma hələ də primitiv qaydada aparılır, selləmə suvarma üsulundan daha geniş istifadə olunur. Belə olan halda sudan düzgün istifadə olunmur, həm coxlu həcmdə su itkisinə yol verilir həm də torpağın münbit qatının yuyulması prosesi baş verir. Digər tərəfdən selləmə suvarma nəticəsində su nisbətən aşağı hissədə yerləşən əkin sahələrində yığılaraq qurunt suyunun qalxmasına səbəb olur. Bu da öz növbəsində həmin sahədə torpağın şoranlaşmasına yol açır. Suvarma bitkinin suya olan təlabatını nəzərə almaqla, əsasən iqlim və torpaq şəraitinə uyğun olaraq aparılmalıdır. Bizə lazımdır ki, bitki torpaqda olan qida maddəsini mənimsəyə biləcək qədər su ilə təmin edilsin. Artıq su bitkinin normal qidalanmasına, maddələr mübadiləsinə mane olur. Bununla həm də normal tənəffüs prosesi pozulur. Artıq su verməklə biz bitki üçün çox vacib olan qida maddələrinin torpaqdan yuyulub getməsinə şərait yaratmış olarıq.
“AZCHEMCO” istehsalı olan “Drip Drop 369” məhlulu “Netafim” şirkətinin torpaqaltı damlama sistemlərindən istifadə zamanı torpağ altında PH səviyyəsini tənzimləyərək torpağı əkinə yararlı vəziyyətə gətirir, torpağın keyfiyyət göstəricilərini yüksəldir və ümumilikdə məhsuldarlığı artırır.
Müasir dünyada şirin su çatışmazlığını və iqlim dəyişikliklərini nəzərə alsaq sizlərə təqdim olunan torpaqaltı damlama sistemi və istifadə olunacaq “Drip Drop 369” məhlulu innovativ suvarma hesab edilərək möhtəşəm tandem təşkil edir. Əkinçiliyə yararsız hesab edilən torpaqlar bu tandem sayəsində tam yararlı vəziyyətə gətiriləcəkdir.
“Drip Drop 369” məhlulu torpaqları yararlı vəziyyətə gətirməklə yanaşı, tərkibindəki xüsusi elementlər sayəsində damlama sistemlərinin özünü də təmizləyərək sistem daxilində su axınının stabil olmasını təmin edir və sistemin uzunmüddətli istismarına şərait yaradır.
“Drip Drop 369” məhlulunu fərqləndirən əsas cəhətilərindən biri də torpaq qədər insan sağlamlığına verdiyi önəmdir. Tərkibində canlılara təsir edə biləcək heç-bir təhlükəli kimyəvi maddə mövcud deyil və buna baxmayaraq çox effektivdir.
Şirkətimiz artıq istehsal edəcəyi yeni məhsulların sertifikatlaşdırılmasını təmin etmiş və tezliklə Azərbaycanda texniki elementlərlə zənginləşdirilmiş suda həll olunan toz gübrələrin (NPK) ilk istehsalını açmağı planlaşdırır.