Azərbaycanda Çay İstehsalçıları və İxracatçıları Assosiasiyası yaradılıb

Azərbaycanda Çay İstehsalçıları və İxracatçıları Assosiasiyası yaradılıb “Astaraçay” şirkətinin rəhbəri Assosiasiyanın İdarə Heyətinin sədri seçilib
ASK
3 Noyabr , 2017 16:52
Azərbaycanda Çay İstehsalçıları və İxracatçıları Assosiasiyası yaradılıb

Bakı. 3 noyabr. REPORT.AZ/ Bakı Biznes Mərkəzində İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə keçirilən görüşdə çay istehsalı və ixracı sahəsində fəaliyyət göstərən sahibkarlarla müzakirələr aparılıb, Çay İstehsalçıları və İxracatçıları Assosiasiyasının təsis edilməsi qərara alınıb. 

Bu barədə “Report”a İqtisadiyyat Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

“Astaraçay” şirkətinin rəhbəri Tələt Məmmədov Assosiasiyanın İdarə Heyətinin sədri seçilib.

Nazirliyin açıqlamasında deyilir ki, Çay İstehsalçıları və İxracatçıları Assosiasiyasının yaradılması sahibkarlığın inkişafı, eləcə də çay istehsalı və ixracının artırılması, Azərbaycanın ixrac imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətli olacaq.

Qeyd edək ki, indiyədək ölkədə Arıçılar, Şərab, Nar, Fındıq, Meyvə-Tərəvəz, Xurma, Tekstil İxracatçıları və İstehsalçıları assosiasiyaları yaradılıb.

Son xəbərlər

Orphus sistemi