Azərbaycanda bu ilin əvvəlində 440 700 manat subsidiya verilib

Azərbaycanda bu ilin əvvəlində 440 700 manat subsidiya verilib Bu, vəsait süni mayalanma yolu ilə alınmış heyvanlara üçün nəzərdə tutulub
ASK
3 Aprel , 2017 20:08
Azərbaycanda bu ilin əvvəlində 440 700 manat subsidiya verilib
courtesy image

Bakı. 3 aprel. REPORT.AZ/ Azərbaycanda ötən ildə 7 449 nəfər heyvan sahibinə süni mayalanma yolu ilə alınmış hər baş buzova görə 100 manat olmaqla 8529 baş buzova ümumilikdə 852900 manat, bu ilin yanvar ayında isə 3 729 nəfər heyvan sahibinə süni mayalanma yolu ilə alınmış hər baş buzova görə 100 manat olmaqla 4 407 baş buzova ümumilikdə 440700 manat subsidiya verilib.

"Report"un xəbərinə görə, Kənd Təsərrüfatı Nazirliyi bildirir ki, növbəti aylar üzrə isə subsidiya veriləcək heyvan sahibləri və süni mayalanma yolu ilə alınmış buzovların sayı hal-hazırda müəyyənləşdirilir.

Nazirlik qeyd edir ki, ictimai nəzarəti gücləndirmək və şəffaflığı təmin etmək məqsədilə hər bir ay üzrə subsidiya verilmiş heyvan sahibləri və süni mayalanma yolu ilə alınmış buzovların sayı, o cümlədən süni mayalanma yolu ilə alınmış hər buzova görə dövlət büdcəsinin vəsaiti hesabına veriləcək subsidiya məbləğinin ödənilməsinin təmin edilməsi üzrə respublika komissiyasının iclasının protokolu Nazirliyin rəsmi internet saytının (www.agro.gov.az“Subsidiyalar” bölümündə yerləşdirilib.

Xatırladaq ki,2015-ci il 24 dekabrından Azərbaycanda "Süni mayalanma yolu ilə alınmış hər buzova gorə subsidiyanın verilməsi qaydası" təsdiq edilib. Qaydaya uyğun olaraq 2016-cı ilin oktyabr ayından heyvan sahiblərinə subsidiyanın verilməsinə başlanılıb. 

Son xəbərlər

Orphus sistemi