Azərbaycanda arıçılığın inkişafı ilə bağlı layihə hökumətə təqdim olunub

Azərbaycanda arıçılığın inkişafı ilə bağlı layihə hökumətə təqdim olunub Heydər Əsədov: "Sənədlər yaxın günlərdə Prezident Administrasiyasına təqdim olunacaq"
ASK
17 Fevral , 2018 13:53
Azərbaycanda arıçılığın inkişafı ilə bağlı layihə hökumətə təqdim olunub

Bakı. 17 fevral. REPORT.AZ/ "Azərbaycan Prezidentinin tapşırığına əsasən, Kənd Təsərrüfatı Nazirliyi hər bir arı yeşiyinə görə ildə 10 manat subsidiyanın verilməsini nəzərdə tutan sənədləri Nazirlər Kabinetinə təqdim edib".

"Report" xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Heydər Əsədov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, sənədlər artıq bütün iqtisadi qurumlarla razılaşdırılıb: "Sənədlər yaxın günlərdə Prezident Administrasiyasına təqdim olunacaq". 

"Bu subsidiya arıçılığın inkişafında mühüm rol oynayacaq. Bunun üçün münbit baza var. Azərbaycan arıçılığın inkişafı üçün ən çox nektarların olduğu ölkədir. Ən yaxşı arı cinsləri Azərbaycandadır. Azərbaycanda istehsal olunan balın dünya bazarında xüsusi yeri var. Dünya bazarında Azərbaycan balına 15-20% tələbat var. Bütün bunları nəzərə alaraq dövlət başçısı tapşırıq verdi və biz də onun icrasını yekunlaşdırmaq üzrəyik", - nazir əlavə edib.

Son xəbərlər

Orphus sistemi