Azərbaycanda aqrar sektor 3,3 % böyüyüb

ASK
  • 17 iyun, 2022
  • 09:54
Azərbaycanda aqrar sektor 3,3 % böyüyüb

Bu ilin yanvar-may aylarında Azərbaycanda 2 milyon 639 min manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,3 % çoxdur.

Son beş ayda bitkiçilik məhsullarının dəyəri illik müqayisədə 5,1 % artaraq 611,4 milyon manat, heyvandarlıq məhsullarının dəyəri isə 2,8 % artaraq 2 milyon 028 min manat təşkil edib.