Azərbaycanda aqrar məsləhət xidmətləri üzrə portal yaradılacaq

Azərbaycanda aqrar məsləhət xidmətləri üzrə portal yaradılacaq Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi aqrar məsləhət xidmətləri üzrə məlumat bazasının (www.agroinfo.az portalının) və SMS xidmətinin yaradılması ilə bağlı açıq tender elan edib.
ASK
21 Oktyabr , 2021 15:42
Azərbaycanda aqrar məsləhət xidmətləri üzrə portal yaradılacaq

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi aqrar məsləhət xidmətləri üzrə məlumat bazasının (www.agroinfo.az portalının) və SMS xidmətinin yaradılması ilə bağlı açıq tender elan edib.

“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 200 manatdır.

İddiaçılar ilkin sənədləri noyabrın 12-si, saat 17:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə noyabrın 22-si, saat 18:00-a qədər dövlət satınalmalarının vahid internet Portalı vasitəsi ilə təqdim edə bilərlər. Əlaqələndirici şəxs qurumun tender komissiyasının sədr müavini Pərvanə Sultanəliyevadır. Telefon: (077) 299-11-91

Tenderin nəticəsi noyabrın 23-də, saat 17:00-da Portalda açıqlanacaq.

Son xəbərlər

Orphus sistemi