Azərbaycan xaricdən şaftalı alışını kəskin azaldıb
- 05 avqust, 2022
- 13:09
Bu ilin yanvar-may aylarında Azərbaycan 139,32 min ABŞ dolları dəyərində 67,89 ton şaftalı (nektarinlər daxil olmaqla) idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 50,2 %, kəmiyyət olaraq – 47,2 % azdır.
Hesabat dövründə Türkiyədən 127,36 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 52,4 % azalıb) 66,33 ton (-47,2 %), Çilidən 9,5 min ABŞ dolları dəyərində (+23,2 %) 1,19 ton (-24,2 %) və Cənubi Afrika Respublikasından 2,47 min ABŞ dolları dəyərində (-47,8 %) 0,4 ton (-61,5 %) məhsul gətirilib.
Qeyd edək ki, ötən il Azərbaycanın xaricdən (6 ölkədən) aldığı 479 ton şaftalının 59,4 %-i Gürcüstanın, 37,4 %-i Türkiyənin payına düşüb.