Azərbaycan Vyetnamdan yemiş tədarük etməyə başlayıb
- 29 avqust, 2023
- 12:33
Bu ilin I yarısında Azərbaycana xarici ölkələrdən 42,2 min ABŞ dolları dəyərində 56,5 ton yemiş gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 43 %, kəmiyyət olaraq – 38 % azdır.
Hesabat dövründə Azərbaycan İrandan 22,4 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 43 % azdır) 32 ton (-43 %), Türkiyədən 11,15 min ABŞ dolları dəyərində (-40 %) 15,8 ton (-39 %), Braziliyadan 6,45 min ABŞ dolları dəyərində (+2,5 dəfə) 6,45 ton (+2,4 dəfə), Panamadan 1,1 min ABŞ dolları dəyərində 1,1 ton (5 il 5 aydan sonra tədarük bərpa edilib) və Kosta-Rikadan 1,05 min ABŞ dolları dəyərində (-77,8 %) 1,05 ton (-79 %) məhsul alıb.
Bu il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Vyetnamdan (0,02 min ABŞ dolları dəyərində 0,01 ton) tədarük həyata keçirilib.