Azərbaycan Vyetnamdan qurudulmuş meyvə tədarük etməyə başlayıb
- 22 oktyabr, 2024
- 06:46
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-avqust aylarında Azərbaycan 5,48 milyon ABŞ dolları dəyərində 2 min 101 ton qurudulmuş meyvə (üzümdən başqa) idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 23 %, kəmiyyət olaraq – 14 % çoxdur.
Hesabat dövründə Azərbaycan Türkiyədən 1,53 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 33 % çoxdur) 315 ton (+16 %), İrandan 1,5 milyon ABŞ dolları dəyərində (-10 %) 797 ton (-10 %), Özbəkistandan 1,21 milyon ABŞ dolları dəyərində (+2,2 dəfə) 547 ton (+78 %), Moldovadan 373 min ABŞ dolları dəyərində (+2,1 dəfə) 111 ton (+2,2 dəfə), Çindən 340 min ABŞ dolları dəyərində (+15 %) 120 ton (+18 %) məhsul alıb.
Bu il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Vyetnamdan (0,64 min ABŞ dolları dəyərində 0,07 ton) tədarük həyata keçirilib.