Azərbaycan Vyetnamdan düyü alışını 265 dəfə artırıb
- 23 oktyabr, 2023
- 06:55
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-avqust aylarında Azərbaycan xarici ölkələrdən 36,7 milyon ABŞ dolları dəyərində 41 min 38 ton düyü idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 5,2 %, kəmiyyət olaraq – 0,7 % çoxdur.
Hesabat dövründə Azərbaycan Hindistandan 31,9 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 10 % çoxdur) 35 min 240 ton (+19 %), Çindən 2,1 milyon ABŞ dolları dəyərində (+34 dəfə) 2 min 535 ton (+24 dəfə), Pakistandan 1 milyon ABŞ dolları dəyərində (+74,2 %) 1 min 253 ton (+45 %), Vyetnamdan 630 min ABŞ dolları dəyərində (+210 dəfə) 769,4 ton (+265 dəfə), Tailanddan 457,3 min ABŞ dolları dəyərində (-41 %) 627,62 ton (-39 %) düyü tədarük edib.
2022-ci ildə Azərbaycana (22 ölkədən) idxal edilmiş 50 min 236 ton düyünün 74,8 %-i Hindistanın, 11,5 %-i Qazaxıstanın, 8,3 %-i Rusiyanın payına düşüb.