Azərbaycan və İsrail kənd təsərrüfatı sahəsində yol xəritəsi imzalayıb

Azərbaycan və İsrail kənd təsərrüfatı sahəsində yol xəritəsi imzalayıb Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi və İsrail dövlətinin Kənd Təsərrüfatı və Kənd Yerlərinin İnkişafı Nazirliyi arasında “Kənd təsərrüfatı sahəsində əməkdaşlıq üzrə Niyyət Bəyannaməsi”, eləcə də “2023-2025-ci illər üçün kənd təsərrüfatı sahəsində əməkda
ASK
11 Sentyabr , 2023 17:48
Azərbaycan və İsrail kənd təsərrüfatı sahəsində yol xəritəsi imzalayıb

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi və İsrail dövlətinin Kənd Təsərrüfatı və Kənd Yerlərinin İnkişafı Nazirliyi arasında “Kənd təsərrüfatı sahəsində əməkdaşlıq üzrə Niyyət Bəyannaməsi”, eləcə də “2023-2025-ci illər üçün kənd təsərrüfatı sahəsində əməkdaşlığa dair Yol Xəritəsi” imzalanıb.

"Report" Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, sənədlər Azərbaycanda səfərdə olan İsrailin kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Avi Dixterin rəhbərlik etdiyi nümayəndə heyətinin Kənd Təsərrüfatı Nazirliyində keçirilən görüşündə imzalanıb.

Bəyannamədə qeyd olunan sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi niyyəti öz əksini tapıb. Bu sahədə fəaliyyətlərin səmərəli şəkildə həyata keçirilməsini təmin etmək məqsədilə birgə işçi qrupunun yaradılması nəzərdə tutulur.

Görüşdə Azərbaycan və İsrail arasında aqrar sahədə əməkdaşlıq, kənd təsərrüfatı sahəsində ticarət dövriyyəsinin artırılması, heyvandarlıq və toxumçuluq sahələrində ən müasir texnologiyaların transferi, aqrar tədqiqatlar və təcrübə proqramları sahələrində əməkdaşlığın genişləndirilməsi, suvarma sahəsində İsrail təcrübəsi məsələləri müzakirə olunub. Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi