Azərbaycan Qazaxıstana kartof ixracını kəskin artırıb
- 07 sentyabr, 2023
- 12:32
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilinyanvar-iyun aylarında Azərbaycan xarici ölkələrə 31 milyon ABŞ dolları dəyərində 71 min 28 ton kartof (toxumluq kartofdan başqa) ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 12 %, kəmiyyət olaraq – 9 % azdır.
Azərbaycan Rusiyaya 28,15 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 16 % azdır) 62 min 479 ton (-15 %), Ukraynaya 1,61 milyon ABŞ dolları dəyərində (+3 dəfə) 5 min 450 ton (+4 dəfə), Belarusa 872 min ABŞ dolları dəyərində (+12,5 %) 2 min 174 ton (+15,2 %), Qazaxıstana 215,1 min ABŞ dolları dəyərində (+3 dəfə) 484 ton (+85 %), Moldovaya 109 min ABŞ dolları dəyərində 297 ton (bir il 8 aydan sonra tədarük bərpa edilib) məhsul satıb.
Hesabat dövründə Azərbaycana 23,1 milyon ABŞ dolları dəyərində (-12 %) 83 min 167 ton (-17 %) kartof idxal edilib.
Azərbaycana Belarusdan 7 milyon ABŞ dolları dəyərində 22 min 476 ton (bir il əvvəl tədarük olmayıb), Rusiyadan 7 milyon ABŞ dolları dəyərində (+430 dəfə) 27 min 867 ton (+429 dəfə), İrandan 4,5 milyon ABŞ dolları dəyərində (-49 %) 17 min 402 ton (-52 %), Pakistandan 3 milyon ABŞ dolları dəyərində (-59 %) 9 min 668 ton (-61 %), Türkiyədən 1,13 milyon ABŞ dolları dəyərində (-85 %) 4 min 324 ton (-86 %) məhsul gətirilib.