Azərbaycan Ukrayna və BƏƏ-yə şaftalı ixracını bərpa edib

ASK
  • 05 oktyabr, 2023
  • 14:29
Azərbaycan Ukrayna və BƏƏ-yə şaftalı ixracını bərpa edib

Bu ilin yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrə 27,6 milyon ABŞ dolları dəyərində 24 min 526 ton şaftalı (nektarinlər daxil olmaqla) ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 68 %, kəmiyyət olaraq – 90 % çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyaya 27,25 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 70 % çoxdur) 24 min 16 ton (+90 %), Qazaxıstana 139,79 min ABŞ dolları dəyərində (+4 dəfə) 178,46 ton (+2,3 dəfə), Ukraynaya 137,62 min ABŞ dolları dəyərində 269,12 ton, Belarusa 60,67 min ABŞ dolları dəyərində (-80 %) 45,61 ton (-76 %) və Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) 10,17 min ABŞ dolları dəyərində 16,21 ton şaftalı satıb.

Azərbaycan 1 il 11 aylıq fasilənin ardından Ukrayna və BƏƏ-yə şaftalı tədarükünü bərpa edib.